Piranəsərlikdə çərxi-kəcrəftar
Mirzə Fətəliyə
Piranəsərlikdə çərxi-kəcrəftarEylədi vətəndən dərbədər məni.Neyləmişəm, bilməm, dövri-zalimə,İncidir düşəndə bu qədər məni.
Qarabağ mülkündə mən bəxti siyahBir ağ gün görmədim, Allaha pənah,Saldı bəlalərə bicürmü günahBir neçə müfsidü töxmi-xər məni.
Mən bir piri-tənha, zülmü bihesab,Müşküldür gətirmək bu möhnətə tab.Yaman deyə-deyə eylədi xərabHamıdan ziyadə üç nəfər məni.
Biri fasiq, facir, hədsiz zinakar,Biri əyri-üyrü, xeyli nahəmvar,Biri danışanda baş-ayaq atar,Bir neçə it tutdu bixəbər məni.
Adəm idim, əbəs yerə zay oldum,Vilayət içində rusivay oldum,Oğrulara, quldurlara tay oldum,Sanırdı xəlayiq peyğəmbər məni.
Dövlətlidən dövlət, kordan məzərrət,Harda bihəya var zatına lənət!Süxənçin sözilə etdi aqibətPəsərimdən cüda, bipədər məni.
Dövləti-alidə ağarıb saqqal,Bir xilafım yoxdur, bu mən, o jurnal.Bir zaman gördüm ki, yazıbdı filhal,Qüttaüt-təriqə bərabər məni.
Yetmişində zurna çalmaq öyrənənGərək axirətdə çala, ... verən.Az qalıb həştadı tamam edim mən,Sən indi yazırsan əhli-şər məni.
Yetmək olmaz hərcayinin sirrinə,Yalanı yeridir gərçək yerinə;Lənət oxur... pirinəDiyari-qürbətdə kim görər məni.
Kim ki, vilayətdə simü zəri var,Yüz adam öldürə, həbsdən çıxar;Yegənsiz danışmaq nə yanə çatar,Bihörmət eylədi simü zər məni.
Dərdbilməzə dərdi-dili açınca,Ruzigarın cəfasından qaçınca,Namərd körpüsündən rahat keçincə,Razıyam apara o sellər məni.
Kişi yoxdu, baxma çula-çuxaya,Adam gərək dağa-daşa toxuya;“Getmə, getmə” – deyib qoydu yuxuya,Axırda itirdi Yekəpər məni.
Dalınca deyiləm bir şüğlü karın,Bilmənəm dövrünü leylü nəharın;Həvəsi-vüsalın, zövqi-didarınQoymaz yuxu yatam ta səhər məni.
Rahi-müsibətdə keçmişəm candan,Müxənnəsdir qorxan bir qaşıq qandan;Ehtiyatım yoxdur paşadan, xandan,Analar doğubdur şiri-nər məni.
Olmuşam Bakıda sakin, fərağət,Zövqi-təmaşası misali-cənnət.Ziyadə dərdi-sər dəxi nə hacət,Faramuş eyləmə, müxtəsər, məni.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-piraneserlikde-cerxi-kecreftar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gül üzün həmdəmdi müəttər zülfə,Öz nəkhəti bəsdir, gülab istəməz.
Günəş rüxsarına töküb zülflərinGünəş rüxsarına töküb zülflərin,Yalvarıram, yapışıram yüz olmaz.
Ləbin şərabından məst olan aşiqLəbin şərabından məst olan aşiq,İnanma, sağərü səhbayə baxar.
Ləli-ləbin kimi sağəri-səhbaLəli-ləbin kimi sağəri-səhbaBulunmaz, sormuşam meyxanələrdən.
Başqa şairlərin şeirləri · Satira
Ey dil, dəxi dinmə və sükut et, səni tari,Lal ol və danışma.
QoçuBir qoçuydum, çoxdu qabaq hörmətim,Xalqı döyüb, söymək idi sənətim,
Oğlunun vasiteyi-xilqəti olmaqla fəqətOğlunun vasiteyi-xilqəti olmaqla fəqət,Atalıq borcunu ifa edəməz insanlar;
XəstəlikLovğalara*Ey qələm dostum, inan, pis xəstəlikdir lovğalıq,