Ləli-ləbin kimi sağəri-səhbaBulunmaz, sormuşam meyxanələrdən.Sədəf dəhanından çıxan sözlərinQiyməti artıqdır dürdanələrdən.

Həsrətinəm, görmək istərəm səni,Dolanım başına, incitmə məni!Günəş camalından götür bürqəni,Xubilər yaşınmaz divanələrdən.

Həq bilir, bilməzəm eşqi danmağı,Bülbül tək yaz sevib, qış usanmağı;Məndən öyrəniblər oda yanmağı,Düşəndə xəbər al pərvanələrdən.

Xədəngin cismimi covşan eyləmiş,Dəlik-dəlik, rövzən-rövzən eyləmiş.Can quşu zülfündə məsgən eyləmiş,Onunçün qorxuram mən şanələrdən.

Zakir, həzər eylə, bu çərxi-faniYola salmış Vamiq lə Sən'ani;Fərhadü Məcnunun keçib dövrani,Sənsən qalan ancaq mərdanələrdən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq