Ləbin şərabından məst olan aşiq
Ləbin şərabından məst olan aşiq,İnanma, sağərü səhbayə baxar.Rüxsari-alının həsrətin çəkənNə günə göz açar, nə ayə baxar.
Rövnəqi pozulub otağımızın,Ziyası qalmayıb çırağımızın;Nəkhəti-zülfündən dimağımınMüəttər olmağı sobayə baxar.
Əvvəl aldın əqlü huşü kəmalım,Quru nəfəs qalıb, əyandı halım.Dəxi nə istərsən, bimürvət, zalım,Şah olan əhvali-gədaya baxar.
Səngdil sənəmin nə binası var,Deməz aşiqimdi, müddəası var,Cəfanın da həddi, intəhası var,Bəndeyi-xuda bir xudaye baxar.
Eşq ucundan oldum günü qarə mən,Dönə-dönə yandım alovlarə mən.Zakir deyər, nedim o nigarə mən,Nə dadə, nə ahü sədaya baxar?
Kitabxana.az · https://kitabxana.az/works/zakir-lebin-serabindan-mest-olan-asiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəzmişəm cahanı mən, görməmişəmSənin kimi gözəl ellər içində.
Gözüm yolda qaldı, könül intizarGözüm yolda qaldı, könül intizar,Gəlmədi canandan bir xəbər mənə.
Gül üzün həmdəmdi müəttər zülfəGül üzün həmdəmdi müəttər zülfə,Öz nəkhəti bəsdir, gülab istəməz.
Günəş rüxsarına töküb zülflərinGünəş rüxsarına töküb zülflərin,Yalvarıram, yapışıram yüz olmaz.
Başqa şairlərin şeirləri · Eşq
Biz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş
Qısqanıram mənO çalır, nəğmənin hər xalında sən,Qəlbini, ruhunu tapmısan deyən.