Güzərin düşsə dəri-dilbərə, ey badi-səba
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Güzərin düşsə dəri-dilbərə, ey badi-səba,Yetir ərzim o güli-əhmərə, ey badi-səba!
Güli-cəfər kimi rəngim saralıb firqətdən,De bu halı o güli-cəfərə, ey badi səba!
Təlxkam olduğumu zəhri-qəmi-hicrindən,Ərzi-hal et o ləbi-şəkkərə, ey badi-səba!
Tabdən saldı kətan tək bu dili-bitabı,Neyləmişdim o məhi-ənvərə, ey badi-səba?!
Peykərim peykəri-Cövza kimi, gör, oldu dü nim,Ver xəbər ol büti-məhpeykərə, ey badi-səba!
Bu qara gün ki, mənim başıma hicrində gəlib,Həq nəsib eyləməsin kafərə, ey badi-səba!
Lalə tək daği-dili-sineyi-suzanımı gör,Ver xəbər sünbülü susənbərə, ey badi-səba!
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Məhəmməd elədi Seyyidi-biyarı həlak,Ərz qıl rövzeyi-peyğəmbərə, ey badi-səba!
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-guzerin-dusse-deri-dilbere-ey-badi-seba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olsa mehmanın, ey pəsər, kafər,Ona ikram eylə, cani-pədər.
Həzrəti-İbrahim əhvalatıBir sitarəpərəst şəxsi-əlilƏzqəza oldu mehmani-Xəlil.
Bir ərəbin Müaviyəyə qonaq olmasıİbn-Süfyanə Şamdə bir şəbMehman oldu bir fəsih ərəb.
Həccacın seyidləri qırmasıNecə ki, Yusif-ibn HəccacıNəql edirlər o sahibi-tacı,
Başqa şairlərin şeirləri · Eşq
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
GəlirMüjdə verdilər ki, mənə el oğlu,Yarın gör nə işvə, naz ilə gəlir.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Batan günəşSən beynimdə doğan qığılcımdan od aldın,Ey ruhumu, eşqimi yetim buraxan günəş,