Can nə lazımdır, əgər mənzuri-canan olmasa,Bəsdi cananın xəyalı, qəm degil, can olmasa.

Nəfsi-əmmarə edər tərğib xəlqi zillətə,Meyli-üsyan etməz idi kimsə şeytan olmasa.

Ey könül, daim elə şeytani-insidən həzər,Küfrdə Fironi gör, qalmazdı Haman olmasa.

Məcməi-əhli-dil olmazdı pərişan dəhrdə,Gər səbadən türreyi-tarın pərişan olmasa.

Sureyi-Vəlleyl zülfündür, yüzün Vəşşəmsdir,Qəm degil aləmdə bundan qeyri quran olmasa.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, iyman gətir rüxsari-yarə, bil yəqin,Hər əməl etsən qəbul olmaz gər iyman olmasa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq