Xoşa ol aşiqə kim məclisində yarı ola
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Xoşa ol aşiqə kim məclisində yarı ola,Visali-yardə fərxəndə ruzigarı ola.
Neçə rəfiqi-müvafiqlə əgləşib içə mey,Nə kəsri məclisi-meydən, nə intizarı ola.
Şərabə olmasa da gərçi nəqd simü zəri,Şərabxanədə bari bir etibarı ola.
Bu gunə qoymaz idim, zülfüvə əsir olsun,Əgər əlimdə dili-zarın ixtiyarı ola.
İlahi, bülbülə olsun həmişə gül həmdəm!Müdam o xəstədilin gülşəni, baharı ola.
Mənim tək olmaya məhrum gülüzarından,Nə qüssədən ürəgi qan, nə xar xarı ola.
Məqtə — şairin təxəllüsü olan son beyt. Behiştə meyl eləməz, Seyyidin əgər, ey gül,Yanında sən kimi bir yari-gülüzarı ola.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-xosa-ol-asiqe-kim-meclisinde-yari-ola
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cənnət kimidir havası Gürcüstanın,Var Kəbə kimi səfası Gürcüstanın:
Hər şəhrdən əfzundu səfası MisrinHər şəhrdən əfzundu səfası Misrin,Təxmir olub işrətlə binası Misrin.
Şirvanda əgər bir gözələ yar olasanŞirvanda əgər bir gözələ yar olasan,Lazımdı ki, yüz dərdə giriftar olasan,
Ey şəhri-Mədinə, kimyadır xakınEy şəhri-Mədinə, kimyadır xakın,Sərmənzilisən padşəhi-lövlakın.