Bir sitarəpərəst şəxsi-əlilƏzqəza oldu mehmani-Xəlil.Süfrə hazır qılıb XəlilullahDedi ol şəxsi-pirə: Bismillah!Gördü ol şəxs meyl qıldı ğiza,Etmədi zikr nami-bari-xuda.Təngdil oldu bəs cənab Xəlil,Bildi kim, bütpərəstdir o əlil.Oldu ilham: – Key Xəlili-xuda!Bir gecə verdin ol əlilə ğiza,Demədi vəqti-əkl “bismillah”,Oldun ol bütpərəstdən ikrah.Yetmiş ildir ki, çəkməyib namım,Olmayıb qət ondan ənamım.Sübhü şam ol əlilü sərgərdan,Xani-ehsanıma olur mehman.Dari-dünyadə, ey mələkmənzər,Etmərəm qəti-ruziyi-kafər.Leyk üqbadə ol bədəxtərü şumNemətimdən mənim olur məhrum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq