Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qəlbimi çaldı yarın nazla məsiha nəfəsi,Nə edim, yoxdu yazıq aşiqinin dadrəsi.
Məni məftun eləmiş nazlı gözəllər daim,Bircə an da könülün eşqə azalmaz həvəsi.
Kimə izhar eləyim dərdimi, öldüm qəmdən,Nə ürək qaldı, nə yarın mənə xoş söz deməsi.
Vermişəm qəlbimi bir işvəli tərsa qızına,Ki çox aşiqlər ilə dolmuş onun dairəsi.
Ona huri demərəm, huridə olmaz belə naz,Görməmişdir belə bir nazı bəşər silsiləsi.
Qəlbimin Yusifini saldı zənəxdan çahına,Sanki bir bülbülü həbs etdi onun can qəfəsi.
Məqtə — şairin təxəllüsü olan son beyt. De yazıq Gülçinə məcnunluğunu tərk eləsin,Çünki Leyli dəvəsindən kəsilib zəng səsi.
Kitabxana.az · https://kitabxana.az/works/cavid-qelbimi-caldi-yarin-nazla-mesiha-nefesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanəHər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.
Hər yer səfalı, nəşəliHər yer səfalı, nəşəli, hər şey tərəbnisar...Hər dəm gülümsədikcə günəş, məst olur bahar.
Hərb ilahi qarşısındaEy odlu şəhpərilə saçan zəhri-intiqam!Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!
Başqa şairlərin şeirləri · Eşq
Bir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
TəzələnirYenə sevgim can almağa,Qeyzə doluf gəzələnir.
Bilirdim, vəfadan xeyli uzaqsanBilirdim, əhdini sındıracaqsan.
Dərdü möhnətin, ey sənəm, sənəmDərdü möhnətin, ey sənəm, sənəm,Eşq ilə çəkən, bir mənəm, mənəm.