Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Səndə, ey ləli şəkər, bunca vəcahət qalmaz,Dili-sədpareyi-aşiqdə cərahət qalmaz.
Zövq verməz dəxi eşq əhlinə şirin dəhənin,Təlx olur sözlərin, asari-məlahət qalmaz.
Sübhi-rüxsaruvü, ey mah, tutar zülməti-xət,Sibqəti-leyl ola sübh üzrə səbahət qalmaz.
Xət basar arizüvi hüsnüvü eylər bərhəm,Dəxi ol nəqşi-dilaradə təravət qalmaz.
Ləblərin möciz ilə mürdələr etməz ehya,Nəfəsi-paki-Məsihadə fəsahət qalmaz.
Gözlərin yadı ilə sinədə asayiş yox,İki bimar olan xanədə rahət qalmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ləbi-yar ilə mükərrər ola gər qafiyələr,Seyyida, qəndi-mükərrərdi, qəbahət qalmaz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-sende-ey-leli-seker-bunca-vecahet-qalmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir nəfər sünnü ilə bir şiəHədəf olmuşdu tiri-təşniə.
Sünnü, şiə və əliallahiBir nəfər şiə ilə bir sünniBir-birindən acıqlı, həm kinni,
Məcnundan sorğuDedi Məcnuna kim, bir əhli məzaq:Ey olan eşqə cüft, taqəti taq,
Məcnunun cavabıDedi Məcnuna bir nəfər huşyar:Leyl əfzəldi, söylə, ya ki nəhar?
Başqa şairlərin şeirləri · Eşq
Bircə insaf eylə, a zalım Becan,Ayırma Abbasdan, zülümdü mənə.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarCövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.