Qurtardı nisfi-şamdə, saqi, şərabımız,Etdi qürub, heyf, bizim afitabımız.

Baxma kitabi-hikmətə, mey tök kitabiyə,Çoxdan itibdi, ey ləbi meygun, kitabımız.

Derlər behişt əhlinə cənnətdə yox əzab,Bəs kuyi-yardə niyə-artdı əzabımız?

Ağzın açıb xitabıma verməz cavab o gül,Pinhan nə söyləyim ki, verildi cavabımız.

Zahid sözilə eyləmədik bir səvabə meyl,Bəsdir cəza günündə bizə bu səvabımız.

Bülbül pərində başını gizlətdi şərmdən,Əskik degil o qönçeyi-tərdən hicabımız.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, həmişə talibi-meyxanəyik məgərBu xakdən siriştə olubdur türabımız?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana