Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.

Məcruh olur, ey gül, bədənin sayeyi-güldən,Qurbanın olum mən, belə nazik bədən olmaz.

Dəryadə dişin tək düri-şəhvar tapılmaz,Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz.

Eylər hükəma nükteyi-mövhumu müşəxxəs,Sirri-dəhənin nöqtəsin amma bilən olmaz.

Hər adı Məhəmməd ola bilməz şəhi-Bətha,Hər aşiqi-dilxəstə Üveysi-Qərən olmaz.

Dəfn eyləyin üryan məni kuyində o mahın,Şər ilə müşəxxəsdi, şəhidə kəfən olmaz.

Heyvandı ki, yox başının əfsarı, həqiqət,Hər kimsənə kim aşiqi-vəchi-həsən olmaz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ol Yusifi-gülçöhrə qəmindən sənə, Seyyid,Şirvan niyə hər ləhzədə beytül-həzən olmaz?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq