Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Dili-sədçakə zülfündən gələn qəm şanədən gəlməz;Cəfa kim aşinalərdən gəlir, biganədən gəlməz.
Bu qədri fərqi var kim, suzişi-nari-məhəbbətdəO əfğanlar ki, bülbüldən gəlir pərvanədən gəlməz.
Səfayi-meykədə üşşaqə olmaz Kəbədən hasil,Şəfa dərd əhlinə aləmdə hər bir xanədən gəlməz.
Ləbi-yar ilədir peymanənin zövqi-rəvanbəxşi,Və illa zövqi-xatir badəvü peymanədən gəlməz.
Pozub xət rövnəqi-rüxsari-yarı saldı dillərdən,Nə mane var dəxi, ol şuxi-bipərva nədən gəlməz?
Bu nə dilbəstə olmaqdır pərilər zülfü xalinə,Bu işlər kim, könül, səndən gəlir, divanədən gəlməz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qəribə xanəviran, rindi-bipərvadı Seyyid kim,Əlindən cam düşməz, bir çıxıb meyxanədən gəlməz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-dili-sedcake-zulfunden-gelen-qem-saneden-gelmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xoş ol zaman ki, ol şəh ilə həmzəban olam,Hər sözdə bir dilim tutulub, natəvan olam.
Yoxdur əlac, çoxdu bu könlümdə həsrətimYoxdur əlac, çoxdu bu könlümdə həsrətim,Nə vəslə dəstrəs, nə fərağında taqətim.
Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim.Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim.Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim.
Məni hər kim edib ol mahliqadən məhrumMəni hər kim edib ol mahliqadən məhrum,Görüm olsun onu əltafi-xudadən məhrum.
Başqa şairlərin şeirləri · Eşq
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Ey könül, sən sevdiyin ol nazlı afət özgədirEy könül, sən sevdiyin ol nazlı afət özgədir,Bülbüli-şeydayə gülzari-lətafət özgədir!
Qaşların kamanilə sən ox vurdun qəlbiməQaşların kamanilə sən ox vurdun qəlbimə,Sinəmdən keçib batdı yaralı qəlbimə.
Sərv boylu, ay qabaqlı, bulud saçlı, incə dilbərDodağı ləl, dişi inci, gül yanaqlı, zülfü ənbər,