Gərçi məndən etdi sərkəşlik o sərvi-sərbülənd,Tapmışam təsxirinə ahi-dilimdən bir kəmənd.

Olmuşam eylə nəhif ol nuşləb eşqində kim,Zəfdən çıxmaz nəfəs, ney tək kəsilsəm bənd-bənd,

Ey dil, ol bidərdə izhar etmə dərdi-eşqi kim,Yüz desin, fəhm eyləməz, bidərdə dərdin dərdmənd.

Atəşin rüxsarın üzrə xali-hindulərmidir,Ya ki, dəfi-zəxmi-çeşmə məcmərə saldın sipənd?!

Giryeyi-biixtiyarım təlx edib ovqatımı,Bir açılmaz, halımı sormaz o ləli-nuşxənd.

Cam tutdum kim, tutub piri-müğanın pəndini,Kim deyir, divanələr tutmaz, könül, aləmdə pənd?

Məqtə — şairin təxəllüsü olan son beyt. Bilmirəm məsciddən, ey Seyyid, nə gördün aqibətKim, çəkib məsciddən əl, meyxanəni etdin pəsənd.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq