Çıxıban şəhrdən, ey mah, cigərqan gəldim.Bu səfərdən tapıban ay kimi nöqsan, gəldim.

Həsrəti-silsileyi-zülfi-pərişanın iləPiçü xəmlər çəkib, ey şux, pərişan gəldim.

Sanma kim, əbri-siyəhdən tökülürdü baran,Mən idim, ey güli-rəna, gözü giryan gəldim.

Nə üçün verməmişəm vəsl günü canı sənə,Gərçi gəldim, bu xəyal ilə pəşiman gəldim.

Yoxdu bir kimsə ki, qəmdə edə halımı sual,Məni-bidil ki, belə bisərü saman gəldim.

Muri-avarə idim, daməni-səhranı gəzib,Bildim Aqabəgi aləmdə Süleyman, gəldim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şükr, Seyyid, gedirəm kami-dil ilə bu səfər,Gərçi bu dərgəhə hər sal firavan gəldim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran