Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim,Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim.

Pəşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər,Bahari-ömrdə mey ülfətindən ictinab etdim.

Meyi-nab ilə abad eylədim, səd şükr, can mülkün,Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim.

Ləbin şövqilə, ey məh, asitanın daşların hər günTöküb xunabə gözdən hər birin bir ləli-nab etdim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şəhid oldun könül, axırda ol xunxar tiğindən,Bihəmdilləh ki, Seyyid tək səni həm kamyab etdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana