Ey gül, sənə əvvəldə xəridar mən oldum
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey gül, sənə əvvəldə xəridar mən oldum,Axır nəzərində hamıdan xar mən oldum.
Aldım səni can nəqdinə, ey Yusifi-sani,Eşqində Züleyxayi-diləfkar mən oldum.
Eşqim məni əngüştnüma qıldı cahanə,Ey qaşı hilalım, sənə ta yar mən oldum.
Verdim, sənəma, ayineyi-hüsnüvə seyqəl,Aləmdə sənə rövnəqi-bazar mən oldum.
Bir Kəbə idin, hiç ziyarət edənin yox,Gəldim, dolanıb başuva zəvvar mən oldum.
Sinayi-səri-kuyüvə gəldim “ərini” gu,Ey nuri-xuda, talibi-didar mən oldum.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər bülhəvəsə indi nəsib oldu visalın,Seyyid kimi hicranə giriftar mən oldum.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ey-gul-sene-evvelde-xeridar-men-oldum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əssəlam, ey güli-gülzari-vəfa!Əssəlam, ey gühəri-bəhri-əta!
Bir məktuba cavabBir vəqti-xocəstə, hiyni-xürrəm-Kim, talib idi könül dəmadəm.
Bir məktuba cavabDusti-girami, sənə olsun səlam!Sənsiz olub eyş bizimçim həram.
Bir nəfər dostaƏla, ey sərvəri-niku-xəsail-Ki, səndəndir fəxarət ruzigarə.
Başqa şairlərin şeirləri · Eşq
Ay ağalar, gəlim sizə söyləyim,Mən istərəm bu meydanda nər indi.
Qəzəl: Qönçeyi-gül ta gülüstanın çırağın yandırırQönçeyi-gül ta gülüstanın çırağın yandırırƏndəlibin pərdeyi-çeşmində yağın yandırır
Qəzəl: Vəfa məğzi nə mümkündür ola hər baş arasındaVəfa məğzi nə mümkündür ola hər baş arasında,Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında
Xalından uçdu mürği-xəyalım ləb üstünəXalından uçdu mürği-xəyalım ləb üstünə,Qismət çəkib gətirdi nə xoş məşrəb üstünə.