Təranə
duet
Oğlan: Sönməz gözünün atəşi bu mavi Xəzərdə,Nöqsan da tapılmaz, aman allah, bu gözəldə.
Qız: Yadlar da olubdur sənə heyran, mənə heyranKim ki, bizi sevmir sənə qurban, mənə qurban.
Oğlan: Sən göydə yanan ülkərim, ey yerdəki canan,İllərlə sevən yarına qıymaz belə hicran.
Qız: Hicran-vüsalın ləzzəti vardır gözəl oğlan,Eşqində oduna od tuturam, mən Gözəl oğlan.
Oğlan: Bir-bir həzin illər də keçir, köç bizə ay qız,Eyvanda durub gözləyirəm mən səni yalqız.
Oğlan və qız: Saf eşqimizi gəl yaşadaq güllü baharda,Odlar diyarı, gül diyarı, doğma diyarda.
Kitabxana.az · https://kitabxana.az/works/islam-seferli-terane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
Sirlər xəzinəsi, fəsil 18Bir dəfə öz tayının dalınca gəzdirib gözİki-üç munisilə danışdı iki-üç söz,
Dünya saheyi-qəmdirGülşəni-aləmdə bir gül varmı bixar olmasın?Hansı bülbüldür cəfayi-xardən zar olmasın?
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.