Ey Xızır, zülməti-zülfü sənə asan olmaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey Xızır, zülməti-zülfü sənə asan olmaz,Dəhəni-yar kimi çeşmeyi-heyvan olmaz.
Hüsnə mövquf degil, yar gərək hal əhli,Çox olur yar, vəli yari-zəbandan olmaz.
Seyd qılmaz dili-üşşaqı, könül, kakilü zülf,Hüdhüdün tacı əgər olsa, Süleyman olmaz.
Qan edibdir, dili-üşşaqı xəyali-dəhənin,Afitabım, ləbüvi ləl desəm qan olmaz.
Xəlq edə aşiq üçün xaliq əgər yüz firdovs,Bu yəqinimdi ki, əcri-şəbi-hicran olmaz.
Zahida, etmə mənim könlümə iyman təlqin,Kafəri-eşqdi bu, hiç müsəlman olmaz.
Sənə hədsiz olur, ey şux, mənim tək aşiq,Mənə bu aləm ara sən kimi canan olmaz.
Zülməti-şəbdən usandım, ey əlin qurbanı,Sinəni açmayasan, sübh nümayan olmaz.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hüsn sultanı sənin kimi tapılmaz hərgiz,Sənə Seyyid kimi bir bəndeyi-fərman olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ey-xizir-zulmeti-zulfu-sene-asan-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir şəxs Loğmandan sual elədi:– Hikməti kimdən öyrəndin?
Sail və həkimBir həkimdən sual etdilər ki, sənin qardaşın nə haldadır?Dedi ki, vəfat elədi.
Harun və BəhlulHarun-ər-Rəşid Bəhluldan sual elədi ki, mənə bir nəsihət elə, taona əməl edib rastkar olum.
ƏflatunBir şəxs Əflatun-həkimdən sual elədi ki, çox illər cəhazda dəryasəfəri qıldın. Dəryada nə əcayib gördün?
Başqa şairlərin şeirləri · Eşq
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Dərya kənarıBir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.