Hansı bar aşiqə kim, sən kimi canan olmaz,Bu müşəxxəsdi ki, cismində onun can olmaz.

Hansı bir şəhrdə kim, sən kimi qarətgər ola,Şahidəm, şəhrdə billah ki, iyman olmaz.

Nə qədər küfri-səri-zülfüvə dinin verməz,Zahidi-tirənişin hiç müsəlman olmaz.

Ruxi-gülgunə əbəs gəldi bu xətti-siyəhin,Yox davamı, gülə səbt ayeyi-quran olmaz.

Səni görsəm özüm ilə, həsədimdən ölərəm,Bu səbəbdən dəxi vəslin mənə imkan olmaz.

Məni bir yerdə o mah ilə deyib xəlqə rəqibTarı şahiddi ki, beylə quru böhtan olmaz.

Səfheyi-xatirə nəqş oldu cəmalın əksi,Şükrlillah, mənimçün dəxi hicran olmaz.

Məqtə — şairin təxəllüsü olan son beyt. Verdi Seyyid o bütün zülfi-pərişanına dil,Cəmdir xatiri, minbəd pərişan olmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq