Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey məh, sənə bu ahi-dəmadəm nə üçündür,Ayineyi-dildə kədərü qəm nə üçündür?
Batdın genə bəxtim kimi bilməm nə qərayə,Qurban sənə, bu şiveyi-matəm nə üçündür?
Təcridi-lətafətlə sən İsayi-zamansan,İsayə, nigarım, qəmi-Məryəm nə üçündür?
Dünyayə gələn getmək üçündür, bu nə qəmdir,Bir fikr elə bu xilqəti-aləm nə üçündür?
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, əgər ol şəmə sənin yanmadı könlün,Bəs pərdeyi-çeşmində olan nəm nə üçündür?
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-ey-meh-sene-bu-ahi-demadem-ne-ucundur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol zamandan ki, etdi həft abaÜmməhat izdivacini peyda,
Nuşirəvanın ova getməsiNəql edirlər ki, şahi-NuşirvanOldu bir türfə seydgahə rəvan.
OğlumaCəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoş elhanım!
Oğluma nəsihət (Bilmiş ol, ey nəcib fərzanə)Bilmiş ol, ey nəcib fərzanə,Ulular bəzmidir ədəbxanə.