Cəfər, ey qönçeyi-gülüstanım!Ey mənim bülbüli-xoş elhanım!İki yüz yetmiş üçdə, bəd həzarMötədil fəsl idi zəmani-bahar,Səni haqq mən fəqirə qıldı əta,Kəbeyi-qəlbimə yetişdi səfa.On beş ildir ki, ey ətayi-əzim,Sənə adab eylərəm təlim.Yetibən əqlə sərfraz oldun,Dəxi menden ki, biniyaz oldun.Demirəm mən gedən təriq ilə get,Əqli tut, ol gözəl rəfıq ilə get.Sənə bürhan deyil teriqi-pədər,Gör nə yol getdi zadeyi-Azer.Demirəm, nıs ya müsəlman ol.Hər nə olsan, get əhli-ürfan ol,Demirəm sünni ol və ya şiəTek hədəf olma tiri-teşniə.Demirəm şeyxi ol və ya babi,Her nə olsan, tək olma qüllabi.Ey gözüm nuru, ey ətayi-xuda,Sənə Şirvanda oldu neşv-nüma.Lillahül-həmd xütteyi ŞirvanSaniyi-İsfəhandır bu zaman.Gərçi virane oldu zəlzələden,Çıxmayıb mərifet bu merhelədən.Vardır hər güşədə yüz əhli-kamal,Hər biri əhli-elm sahibi hal.Xassə kim abü xakinin əsəri,Qabili terbiyət qıhr həcəri.Remzi-hel yestəvi müdəlləl imiş,Bilməyendən bilen kəs əfzəl imiş.Haqq buyurmuş ki, ixtilafi-lisanNemetimdəndir, ey gümhi-cahan!Kim ki, bes bir dil eyləse hasil,Oldu bir nemətə o kes vasil.Cəhd qıl nemeti-tamama yetiş,Elm tehsil qıl məqamə yetiş.Ey oğul, bir lisanaol rağib,Xassə ol ms elminə talib.Onlara ehtiyacımız çoxdur.Bilməsək dil, əiacımız yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri