Derlər ki, xəlq üç yüz ili Adəm ağladı
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Derlər ki, xəlq üç yüz ili Adəm ağladı,İnsaf etməyib babamız, çox kəm ağladı.
Olsa həyatım ağlar idim ruzi-həşrə tək,Üç yüz ilin nə behcəti kim, Adəm ağladı?
Mən ağlayanda Kövsərə yüz verdi yüz məlal,Kəbə geyib libasi-qəra, Zəmzəm ağladı.
Gəh övcü gəh həzizdə gördü fəğanımı,Mütrüb nə vəqt eylədi zilü bəm, ağladı.
Düşdüm cüda çü cənnəti-kuyindən ol məhin,Halimə oldu cinnü pəri həmdəm, ağladı.
Göz yaşı ilə xürrəm o sərvi edib könül,Bir ləhzə görmədi özünü xürrəm, ağladı.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gördü gözüm ki, yarı gəlir ağlayanda mən,Seyyid kimi sirişk töküb peyhəm ağladı.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-derler-ki-xelq-uc-yuz-ili-adem-agladi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dərbənd həsarı Səddi-İskəndərdir,Hər bir daşı mərmərdən onun behtərdir.
Dərbənddə Şüai, Qümri oldu şairDərbənddə Şüai, Qümri oldu şair,Qümrinin olub indi kitabı zahir,
Aləmdə hanı o kimsə kim, xürrəmdirAləmdə hanı o kimsə kim, xürrəmdir,Gər Xosrovü Cəmşid və gər kim, Cəmdir;
Şəhri-Qutais mədəni-hurü pəridirŞəhri-Qutais mədəni-hurü pəridir,Hər bir gözəli yer üzünün zivəridir.
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Bacım Elmiraya ithaf edirəm*Duvağa bürünüb yola düşürsən,
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
GəlməsinYaqutdan, yəməndən, ləldən, gövhərdən,Yük tutmayan bu bazara gəlməsin!