Yanımda eyləməyin eyb o mahi-tabanı,Könül sevən gözəlin olmaz eybü nöqsanı.

O zülfə dil verəni xatirim olubdur cəm,Məlamət eyləməyin çox da mən pərişanı.

Üzari-yarım ara fövci-xətdi, ya bilməm,Sipahi-Rus tutub mülki-ali-Osmanı?!

Sipahi-hərbi-Qaradağ edibdi Ruma hücum,Və ya ki, ləşkəri-xət tutdu ruyi-cananı.

Hübablərmidi mövci-sirişkim içrə və yaQara dənizdə vaporlar açıbdı yelkanı.

Xədəngi-yarə gözüm xuni-dildən etdi qizaKi, şahsevən tutar, ari, əziz mehmanı,

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu mülkün işrətini, Seyyida, qənimət bilKi, tapmasan dəxi cənnətdə zövği-Şirvanı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq