Vəslində idim möhnəti-hicranı bilirdim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Vəslində idim möhnəti-hicranı bilirdim,Cənnətdə ikən atəşi-niyranı bilirdim.
Qafil o səri-zülfüvə dil vermədim, ey gül,Əlbəttə ki, bu hali-pərişanı bilirdim.
Hərçənd ki, bimar gözün xəstəsi oldum,Mən olmayacaq dərdimə dərmanı bilirdim.
Vəslində əgərçi neçə gün şad idim, ey məh,Mən kineyi-bu gərdişi-dövranı bilirdim.
Ol gün ki, qədəm şövq ilə bu gülşənə qoydum,Mən sərzənişi-xari-müğilanı bilirdim.
Müşgüldü dəxi aqibəti-kar ola məhmud,Ağazdə bu möhnəti-payanı bilirdim.
Ol gün ki, dilə düşdü sənin şövqi-dəhanın,Mən onda olan nükteyi-pinhanı bilirdim.
Zülfün anıban sureyi-”Vəlleyl” oxuyurdum,Mən hər gecə bu məniyi-quranı bilirdim.
Yadə salıban ruyüvi “Vəşşəms” oxurdum,Keyfiyyəti-xurşidi-dirəxşanı bilirdim.
Mən bilməz idim sureyi-ixlasdan özgə,Tövhidi-xudavənddə mənanı bilirdim.
Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, bu qəzəl mətləin etdikdə sən inşa,Zimnində olan rəmzi, müəmmanı bilirdim.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-veslinde-idim-mohneti-hicrani-bilirdim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.
Badi-səba şüküftə edər gərçi gülləriBadi-səba şüküftə edər gərçi gülləri,Həmmam camədən çıxarır bu gözəlləri.
Axiri-dəhr nə mümkündü fənadən qeyriAxiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Ey ruyin asimanın xürşidi-nuri-tabiEy ruyin asimanın xürşidi-nuri-tabi,Bərgi-ləbi lətifin gülqənd afitabi,
Başqa şairlərin şeirləri · Hicran
آخر،ای جان جهان،وقت عنایت آمد
O hüsn ki, səndə var, əldən ixtiyarı alarKönül alındı, ürək candakı qərarı alar.
Canan, qəmindən özgə mənim yarım olmasınZülmündən ayrı başqa həvəskarım olmasın.
Olmaz!Kim deyir yoxsa vüsal, aşiqə dərman olmaz?Əsil aşıq sevər, amma yara qurban olmaz.