Axiri-dəhr nə mümkündü fənadən qeyri
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Axiri-dəhr nə mümkündü fənadən qeyri,Kimsə baqi degil aləmdə xudadən qeyri.
Aləmi-faniyə əl vurma ki, yoxdur səməri,Eyləmə hiç tələb mülki-bəqadən qeyri.
Bivəfa mahlərə vermə könül, xar olusan,Görməsən dərdü qəmü cövrü cəfadən qeyri.
Ləbi-şəkkərşikənindən sənə düşnam verir,Gərçi sən eyləməsən xeyr-duadən qeyri.
Tapmasan kimsənə ki, dərdi-dil izhar edəsən,Həmdəm olmaz qəmüvə badi-səbadən qeyri.
Hər nə zülm eyləsə dildar gərək səbr edəsən,Yoxdu bu babdə bir çara rizadən qeyri.
Aşiq ol pərtövi-rüxsareyi-şəmsi-əzələ,Ta ki sən görməyəsən nurü ziyadən qeyri.
Ol xudavəndi-əhəd eşqinə candan rağib,Yoxdu bu Kəbədə çün zövqü səfadən qeyri.
Mümkünün var ki, yolu mümkünə aşiq olsun,Pəs tələb eyləməsən mehrü vəfadən qeyri.
Surəti-vacibi mümkündə təmənna eləsən,O da mümkün ki, degil Şiri-xudadən qeyri.
Çəng vur ürvəti-vüsqayi-vəliyyüllahə,Görməsəm ruzi-cəza lütfü ətadən qeyri.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mümkünün vacibə yoxdur yolu, ey Seyyidi-zar,Görmədim səndə bir asar xətadən qeyri.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-axiri-dehr-ne-mumkundu-fenaden-qeyri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ay rəməzan oruc tutub hər axşam,İftarımı eylədim şərabi-gülfam,
Qumri, sənə xeyli vəqt həsrət çəkdimQumri, sənə xeyli vəqt həsrət çəkdim,Əşarına yerdən gögə minnət çəkdim.
Min üç yüz idi, əlliyə yetdi yaşımMin üç yüz idi, əlliyə yetdi yaşım,Kafur kimi qəmdən ağardı başım.
Cənnət kimidir havası GürcüstanınCənnət kimidir havası Gürcüstanın,Var Kəbə kimi səfası Gürcüstanın:
Başqa şairlərin şeirləri · Eşq
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Ana xeyir – duasıDərin kamalından olaraq xoşhalÖzündən xəbərsiz xəyalımda mən
Gözdən yaş axıtma, bu işə sən yad olQoy qəmləri mən çəkim, sevin, sən şad ol.
Ol zaman kim məst qıldı çeşmi məxmurun məniOl zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.