Ol zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.

Əqlimü fikrim dağıldı, bir yerə cəm olmadı,Bu pərişan könlümün olalı zülfin məskəni.

Bu cəhanü can dimağın tazəvü xoşbu edər,Dəprədə badi-səba çünkim şu zülfi-müşkini.

Ey şahənşahi-cəhan, vey padşahi-insü can,Gör bu bipa, sər-fütadə qandə qalmış məskəni.

Sən məni bir dəmdə min gəz öldürürsən cövr ilə,Bir nəfəs mən şükrü həmddən qeyri anmazam səni.

Yığmagil ğəm ləşgəriylə, billah, ey sultani-can,Görəli can Kəbəsində çün o vəchi-əhsəni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Bu Həbibi surəti-rəhmanə edər səcdəsin,Bu viran dil kim olubdur, gənci-eşqin məxzəni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq