Ta kuyi-yardə özümə mənzil etmişəm,Asan ikən özüm işimi müşkül etmişəm.

Bir qətrə qan oğurlamışam tiği-yardən,Sinəmdə vermişəm yer, adın mən dil etmişəm.

Verdim qəmində xirməni-ömrümü badə mən,Pərvanə tək o xalını mən hasil etmişəm.

Dün gecə şürbi-badəni mən tövbə eylədim,Saqi, bağışla, səndən işi qafil etmişəm.

Zülfi-siyahi-yar xəyalilə, zahida,Təsbih qəsdinə özümü mail etmişəm.

Sərməstlikdə söyləmişəm mey həramdır,Hökmi-xətadı bu, əməli-batil etmişəm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, cahanda kəsrəq ilə yox rücumuzKim, bəhri-vəhdətə özümü vasil etmişəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq