Əgər olsaydı əql ilə dövlət,Olan əqli tapardı bəs izzət.Dövlət olsaydı gər fərasətlə,Niyə nadan olurdu dövlətlə?Bitəmizin əgərçi dövləti var,Qəm yemə, həq yanında hikməti var.Bəxtü dövlət deyil kəmal ilə,Tapmaq olmaz onu xəyal ilə.Belə cari olub qəzavü qədər,Hər kəsin layiqincədir işlər.Bil ki, təqdiri-əmrdir mazi,Ol qəzayi-xudayə sən razi.Dövlət olsaydı halüvə layiq,Etməz idi müzayiqə xaliq.Yoxdu xaliqdə zərrə büxlü həsəd,Bu xəyalı edən olur mürtədd.Sən çalış dövlət etməyə hasil,Gər müqəddər olub, olur vasil.Leyk çox ciddü cəhd bər verməz –Ki, kötüksüz ağac səmər verməz.Çox həris olma, ey məlaik xu,Cəhd yırtar çarıq, məsəldir bu.Danə səp, qıl təvəkkül Allahə,İşüvü qıl mühəvvəl Allahə.Gəlməmiş sən cahanə, ey dana,Ruzüvü qismət eyləyibdi xuda.Həq ki, müftə sənə veribdir can,Diş verən kimsənə verər həm nan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq