Bir gün oldu səvar şiri-xuda,Bir qəzavətçün ol şəhi-vala.Bir münəccim düçar oldu səhər,Dedi: – Ey şəmsi-çərxi-pürəxtər,Lilləhil-həmd mərdi-danasən,Elm çərxində şəmsi-beyzasən.Qütbsən, ləşkərin kəvakibdir,Xeyli-əncüm sipehrə rakibdir.Sənə əklili-çərx taci-vüqar,Astanündə kəlbi-bəstəcəbar.Sailin kim, cahanda yüz mindir,Həm biri qissətül-məsakindir.Ey olan kainatdən əfzəl,Cümlə ramehləri qılan əzəl.Sən Süleymansən, pəri bu sipah,Nəsri-tairdü hüdhüdün, ey şah.Səndədir zövqi-kövkəbi-Şira –Ki, yetər qətlə səndən ali-zina.Mehrru, müştərisəadətsən,Kövkəbi-çərxi-övci-rüfətsən.Etmisən ey əmiri-cinnü bəşər,Nə yaman nəhs gündə əzmi-səfər?Nəcmi-nəhseyn eyləyibdi qiran,Biri Mərrixdir, biri Keyvan.Dedi Heydər rəsulə, bəs DəbranHansı kövkəblə eyləyibdi qiran?Şərh qıl bəs ki, kövkəbi-ŞiraHansı mənzildə eyləyib məva?Eylə izhar kim, filan kövkəbHansı kövkəblə müqtərindi bu şəb?Bu qəbil ol sipehri-fəzlü kəmalOl münəccimdən etdi xeyli sual.Qaldı heyran münəccimi-dana,Söylədi bilmirəm mən, ey mövla.Sən özün vazei-kəvakibsən,Sahibi-midhətü münaqibsən.Bəs o xurşidi-çərxi-fəthü zəfərVerdi öz fəthini o şəxsə xəbər.Dedi: – Əfvaci-zümreyi-taği –Ki, bizimlə olar olub yağiMərdümi-Kufədir, xəvaricdir,Xilqəti-zati nari-maricdir.Ədədi onlarındı doqquz min,Cümləsi bədnihaddır, bidin.Onların cümləsi həlak olacaq,Tiği-qəhrimlə sinəçak olacaq.Hər minə bir nəfər olur bizdən.Qaldı ol mərd mat bu sözdən.Necə ki, söyləmişdi şiri-xudaO sifət macəra olub peyda.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale