Ey könül, sərvi-səməndə sən idin, ya mən idim?Yar ilə seyri-çəməndə sən idin, ya mən idim?

Cilveyi-nazdə ol şahsüvarı görcək,Yıxılan payi-səməndə sən idin, ya mən idim?

Zülfi-tarini qılan boynuva zənciri-cünun,Olmayan tarıya bəndə sən idin, ya mən idim?

Gəh sənə yümni-yəmin var idi, gəh yüsri-yəsar.Ləli zövqilə Yəməndə sən idin, ya mən idim?

Hüsni-rüxsarına kam ilə qılan nəzzarə,Dövləti-vəchi-həsəndə sən idin, ya mən idim?

Zülməti-xətlə görən tirə üzari-mahın,Yüz qəra günlə vətəndə sən idin, ya mən idim?

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyida, şeri-gühərbar edərdin xahiş,Talibi-dürr Ədəndə sən idin, ya mən idim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq