Ta niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.

Saldı könlümdən o gül özgə sənəmlər şövqin,Bütləri nayibi-həq beyti-xudadən saldı.

Xəti-müşkini gəlib tutdu rüxi-cananı,Şamilər məmləkəti-Rumi səfadən saldı.

Sübh sərməst çıxıb ta elədi rəfi-niqab,Arizi-beyzeyi-beyzanı ziyadən saldı.

Neynəvadə məni bir şux ərəb qıldı əsir,Bu sınıq könlümü ney kimi nəvadən saldı.

Eşq ilə salmış idi aləmə Məcnun səda,Onu divanəligim indi sədadən saldı.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, ol gülbədəni bəs ki vəfasız gördüm,Məni novmid edib, ümmidi-rəcadən saldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq