Eşqin bayrağından elə tutmuşam,Sanki məhəbbətin bayraqdarıyam.Dönüb gəncləşirəm sevgi deyəndəKim mənə deyir ki, ömrü yarıyam?!

Günəş parçasıdır sinəmdə ürək,Kimsə vurulmayıb hələ mənimtək.Sevgilim istəsə, çöllərdə çiçək,Dağlarda dənəvər quzey qarıyam.

Üzümü xəzana çevirsəm əgər,Saralmış otlar da yaşıl don geyər.Əl vursan hər pərdəm bir nəğmə deyər,Məhəbbət kamanı, sevgi tarıyam.

Sinəmdə döyünən bu ürəklə mənKeçmişəm nə qədər keşməkecşlərdən.Arabir düşsə də saçlarıma dənMən çətin qocalam, çətin qarıyam.

Sevgidə igidlik gəzir gözəl də,Eşqin fədaisi mənəm bu eldə.Dədə Füzulinin Vahid qəzəldə,Mən isə sevgidə yadıgarıyam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq