Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Pərtövi-hüsnün pozubdur nuri-mehri-ənvəri,Rövnəqi-hüsnündür ey mahım, cahanın zivəri.
Ayeyi-vəsssyf qaşındır bu yüzdən dəhr ara,Sabit eylər xəlqə həqqən Zülfüqari-Heydəri.
Bu pərirulərdir aləmdə müsəxxər nəlinə,Mur xəttim, ləblərindir ol Cəmin əngüştəri.
Şurə saldı püsteyi-xəndanın əhli-aləmi,Ey şəkərləb, qamətin göstərdi şuri-məhşəri.
Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal,Çərxi-minanın əgər xurşiddən var sağəri.
Arizin cövhərdir, ol cövhər yanında gün ərəz,Hanı Əflatun ki, fərq etsin ərəzdən cövhəri.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yusifim, gəl eyləmə munca cəfalər Seyyidə,Etmə rəncidə özündən xatiri-peyğəmbəri.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-pertovi-husnun-pozubdur-nuri-mehri-enveri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir nəfər kur şəxsə bir binaTənə ilə dedi ki, ey əma,
Loğmanın satılmasıBelə derlər ki, Həzrəti-LoğmanHəbəş əhliydi, ya ki ol Sudan.
Loğmanın vəqəsi (Belə təqrir ediblər əhli-bəyan)Belə təqrir ediblər əhli-bəyan,Həbəş əhliydi Həzrəti-Loğman.
Loğmanın vəqəsiDörd min il ömr eylədi Loğman,Oldu ol vəqt ömrü kim, payan,
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar necə olurHalı yardan ayrılanın
Məhərrəmdə atanın oğluna vəsiyyətiZəncirini hazırla, oğul, durma, dayanma,Yar başını, vur sinənə, insanlığı qanma.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,