Belə təqrir ediblər əhli-bəyan,Həbəş əhliydi Həzrəti-Loğman.Surəti sanki bir tutulmuş mah,Ləb sitəbr idi, rənki-ruyi siyah.Dedilər: – Ey güli-riyazi-ədəb,Sənə nə hüsn əta edibdir rəbb?Dedi: – Pərvərdigari-ərzü səmaHüsni-batin mənə edibdir əta.Hüsni-zahir əgərçi əhsəndir,Leyk ondan ədəb mühəssəndir.Hüsndür gərçi bir ətiyyeyi-rəbb,Leyk ondan gözəldir hüsni-ədəb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri