Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni,Yoxdur ol mah, aparma bu tamaşayə məni.

Oldum aşüftə pərilər səri-geysusundan,Nə deyim Adəmə kim, gətdi bu dünyayə məni.

Əksi-rüxsarüvi dil camdə görcək, ey gül,Saldı yüz rəng ilə bir özgə təmənnayə məni.

Olmasaydı o xətin, Qaziyi-Beyzavi gəlib,Sakit etməzdi əgər şərh edə mənayə, məni.

Sayeyi-sərvi-qədin ta ki, gedibdir sərdən,İncidir gülşən ara güldən olan sayə məni.

Kakilin şövqü ilə qarəyə batdım elə kim,Oxşadır əhli-nəzər Kəbeyi-ülyayə məni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ülfətimdən bu qədər etməz idi ar ol gül,Oxşadıbdır, bilirəm, Seyyidi-rüsvayə məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar