Cəfər, ey ahuyi-biyabanım,Ey biyabani-dildə ceyranım!Ey maralım, gəvəzni-xoşnigəhim,Bürci-dildə cəmalı mehrü məhim!Belə yazmış bu rəmzi danalər,Əhli-idrakü əhli-mənalər –Ki, cahan içrə var elə işlərNəzərə ibtidadə xoş görünər.Lakin axır verər nəticə yaman.Buna şahiddir ayeyi-Quran.Elə işlər də vardır, ey sərvər,Sənə zahirdə çox yaman görünər,Leyk axır verər nəticeyi-sud,Olur ol əmr sülləmi-məqsud.Huş ilə guş qılsan, ey güli-tər,Bu hekayət sənə kifayət edər:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri