İstanbula uğradım bu yaz da,Cənnət kimi nazənin BoğazdaGördüm yenə nazlanır mələklər.

Könlüm kimi qönçələr açılmış,Sahillərə yıldırım saçılmış,Şimşək kimi parlıyar çiçəklər.

Bir Türk darılarmı Türk elində?Hər kəs konuşunca Türk dilində,Bir türkü ötər coşan ürəklər.

Yalnız deyiləm bu yurdda yalnız,Sancaqları süslər Ayla yıldız,Ruhumda alovlanar diləklər.

İstanbul, 1988

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri