Eşqi ulusla yurddur,Yaşıl alovlu oddur,Mavi qanadlı qurddurAylı, ulduzlu bayraq!

Türkə yəminimizdir,Yenilməz dinimizdir,Məhmət ƏminimizdirAylı, ulduzlu bayraq!

Günəşdir, sönə bilməz,Yolundan dönə bilməz,Yüksəldi, enə bilməzAylı, ulduzlu bayraq!

Sanma düşmanı yoxdur,Onun bədxahı çoxdur,Yaman gözlərə oxdurAylı, ulduzlu bayraq.

Darılmaz hörgüsündün,Ayrılmaz türküsündün,Sıyrılmaz süngüsündənAylı, ulduzlu bayraq.

Bağlıdır irqdaşlaraƏrdəmli yurddaşlara,Aylanar türkdaşlaraAylı, ulduzlu bayraq

Öyüdlər qaynağıdır,İgidlər oylağıdır,Şəhidlər bayrağıdırAylı, ulduzlu bayraq.

Onu türklər ivimsər,Atatürkü bənimsər,Özgürlüyə gülümsərAylı, ulduzlu bayraq.

Duyğumuz, qanımızdır,Qəlbimiz, canımızdır,AzərbaycanımızdırAylı, ulduzlu bayraq!

İstanbul, 1990

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri