Yurd şairləri
Ulusu deyilsə şeri, ilhamı,O şair ulusa ögeydir, ey dost!Ulus şairinin, yurd şairininGözündə yurd, ulus hər şeydir, ey dost!
Şairin varlığı yurdla dolmalı,Yurddan uzaq düşsə, düşüb solmalı.Bağımsız bir ölkə bütöv olmalı,Ah, bu nə quzeydir, güneydir, ey dost?!
Ulus şairləri ulusun şanı,İnancla kükrəyər çağlayan qanı,Torpaqdan ayrılsa üzülər canı,Onların hamısı Anteydir, ey dost!
Yurddaşlar səsidir şair xitabı,Min qəlbdə çırpınar hər iztirabı,Göyləri titrədən könül rübabı,Neyləri titrədən bir neydir, ey dost!
Şairdir ulusun yalvacı bəlkə,Umuddur nurunun saldığı kölgə,Yadların əliylə bəzənən ölkəYadların əlində muzeydir, ey dost!
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yurd-sairleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Söyləyən arif ola, dinləyən abdal, nə çıxar?Nə çıxar? Çıxsa ya bir hiylə, ya bir fitnə çıxar!
Yerləri bürüyüb ağappaq cunaYerləri bürüyüb ağappaq cuna,Göylər də bağlayıb buz, sular kimi
KrımMən yenə qonağın oldum, ay Krım,Güldü gözlərimdə ulduz, Ay Krım!
Arazın ölümdən olmaz hürküsüArazın ölümdən olmaz hürküsü,Həyat hörgüsüdür onun hörgüsü.
Başqa şairlərin şeirləri · Vətən
Su dəyən od kimi edirəm fəğan.
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
Qurban olasanBir belə ay gözəlin özünə qurban olasan,Dindirib, danışdırıb, sözünə qurban olasan,
Bir səsin gücüBir rəsmi məclisdə ana dilimizdə kəlmə kəsən olmadı. Təkcə təbrikə gələn uşaqlardan biri iki bənd şeir dedi...*Boynu qalstuklu körpə çiçəyim,