Gəhi çeşmin, gəh əbru, gah qəmzən qəsdi-can eylər,Salır bir fitnə, canım, qorxuram axırda qan eylər.

Gəhi çeşmin alır can, tiri-qəmzəndən tutar pinhan,Gəhi qəmzən tökər qan, çeşmi-məstindən nihan eylər.

Edərlər xubrulər qəsdi-can könlüm fəğanından,Cərəsdən necə rəhzənlər ki, qəsdi-karvan eylər.

Könül şövqi-rüxündən həlqeyi-zülfündə sakindirO bülbül tək ki, hərdəm şaxi-güldə aşiyan eylər.

Gər, ey sərvi-rəvanım, bağ ara nagəh xüram etsən,Qoparıb bağban sərvin, salıb suyə rəvan eylər.

Məqtə — şairin təxəllüsü olan son beyt. Əgər mən ol güli-rüxsarə həsrət can verəm, Seyyid,Məzarımdan çıxıb gül, onda bülbüllər fəğan eylər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar