Nuşirəvanın ova getməsi
Nəql edirlər ki, şahi-NuşirvanOldu bir türfə seydgahə rəvan.Tutdular seyd kim, kəbab edələr,Şahi-dövranı kamiyab edələr.Bir qulam oldu rustayə dəvan,Ta gedib duz gətirsin ol əlan.Dedi Nuşirəvan ədalət ilə,Duzu al, ey qulam, qiymət ilə.Töycüyə etməsinlər ani hesab,Dağılıb olmasın bu kənd xərab.Dedilər: – Ey şəhi-sitarə-məhəl,Belə az nəsnədən yetər nə xələl?Dedi: – Bünyadi-zülm dünyadəAz olub, ey güruhi-dilsadə.Sonradan kim ki, gəldi, etdi ziyad,Qıldılar xanimanları bərbad.Yesə bir sib əgər şəhi-baqi,Olu viran rəiyyətin baği.Beş yumurta əgər yesə soltan,Ləşkəri min toyuq edər büryan.Dari-dünyadə qalmaz ol qəddar,Qalır ol şumə lənəti-büsyar.Zülmdən yer üzündə ot bitməz,Zülmü soltan edəndə kim etməz?Padşah etməsə ədalət əgər,Olur əlbəttə dəhr zirü zəbər.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-nusirevanin-ova-getmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Zülqərneyn bir gün sübhdən axşama kimi məclisi hökumətdəəyləşdi, heç bir kimsə onun hüzuruna rəfi-hacət üçün gəlmədi. Öz
Çin padşahının İskəndərdən sualıÇin padşahı İskəndərdən sual elədi ki, padşahlığın ləzzətin nəşeydə gördün?
Padşahın həkimdən sualıPadşahlardan birisi bir həkimdən sual elədi ki, tədbir əfzəldir, yaşücaət?
Nuşirəvan və BüzürgmehrNuşirəvan Büzürgmehrdən soruşdu ki, şücaət nə şeydir?Həkim dedi ki, şücaət qəlbin qüvvətidir.