Bu qədər ucalıq, nəyə gərəkmiş?Meşə qurşağından, çay topuğundan.Gərəksiz yüksəliş ölüm deməkmiş,Niyə ayrı düşüb daş-torpağından!

Göyü papaq kimi geyib başına,Üstündən qartallar ötüşə bilmir.Çılpaq qayasına, soyuq daşınaYağışlı dumanlar yetişə bilmir.

Ələsən, bir ovuc torpağı yoxdur,Yaşar baş daşından betər, deyirəm.Özündən savayı dayağı yoxdur,Bir fit səsindən də büdrər, deyirəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar