Qəfil
Bir haray yuxuma güllə boşaltdı,Bir duyğu səsiymiş oyadan məni, –Qəfil bir səksəkə qoynuna atdı,Oyatdı bir qəfil yuxudan məni.
Qəfil baş kəsmələr, qəfil asmalar,Qəfil qasırğalar yadıma düşdü.Qəfil hökmləri qəfil yazmalar,Naqəfil darğalar yadıma düşdü.
Qəfil oyanışlar, vuruşlar ki, var!Yaman qəfilləri qəlbim unutdu.Qəfil hücumlara qəti duruşlarGözümə təsəlli pərdəsi tutdu.
Qəfil üsullarla çoxdan tanışıq,Bəzən bu cürəti yada vermişik.Qacarı qəfildən yaxalamışıq,Nəbini qəfildən bada vermişik.
Qəfil muştuluqlar az çıxar yola,Qəfil xoş xəbəri haxla deyiblər.Qəfil bir sevgini dağdan qolaylaSonra dalısınca ağla, deyiblər.
Bu torpaq əsrlər qaranlığındaQəfil nur dağları dikəldib axı!Bu torpaq qədimlər toranlığındaNadan sürüsü də kökəldib axı!
Qəfil təzadların sıçrayış yeri –Gah zülmətli olub, bu yer, gah işıq.Biz hələ bu yerdə qəfilliklərinƏsil damarını axtarmamışıq...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-qefil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çıxıb getmək istəyirəm, çıxıb getmək...Harda, neçə iz-tozum var, yığıb getmək,
Sərhəd çəpərləriDostum Cəfərə*Sərhəd çəpərləri sökülür, Allah!
Əsrin yalanları, əsrin vədləriBu əsrin yalanı tükənmir, artır,Bu əsrin vədləri ilğımdı deyən,
Qoş məni dağ küləyinəTanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə.
Başqa şairlərin şeirləri
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Qəzəl“Koroğlu” filmindən*Meydan dolanır başıma aləm, bəri gəl, bir!
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
هر چند چو خاکِ راه خوارم گیریخاک توام، ارچه خاکسارم گیری