Tanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə.Dağların bəyaz qarındanRəng alan ağ küləyinə.

Öz nəğməsi daşın, qumun...Nəyim qalır, nə də umum...Söykənim doğma yurdumunXəfif, yumşaq küləyinə.

Nə vaxt qəmim dəm olacaq,Onda qəmim kəm olacaq.Heyif ömrüm yem olacaqƏsrin sarsaq küləyinə.

Tanrım, məni məndən qopar,Qoş məni dağ küləyinə...

15 noyabr 1992

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri