Dədəm Qorqud udda çalan dünyadı,Yarı doğru, yarı yalan dünyadı.Heç kəs bilmir kimə qalan dünyadı,Bir Karvandı Sarvanını görən yox.

Dədəm Qorqud nəğməmizin yaşıdı,Dilin, könlün, sözün məhək daşıdı.Ölüb gedən, olub gedən yaxşıdı,Ömrün gözəl zamanını görən yox.

Yenə həmin ruzigarlar əsirlər,Bəxti köhnə qəliblərlə kəsirlər.Bir-birindən tutub gedir nəsillər,Günün yaxşı yamanını görən yox.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale