Elədir baxışların –Baxsan gözlərim dolar.Qoy sənin kirpiklərinGözlərimə dağ olsun,Günüm ağlamaq olsun.Sən mənim ol, nə olar,Desənə: amin, amin...

Gözlərin zil qaranlıq,Gəl, bir aylı gecədir.Gəl, bu ayrı gecədir;Gəl şirin arzulartəkVerək burda baş-başa,Ay eləsin tamaşa,Söyləsin: amin, amin...

Bir cüt əyri qılınctəkÇəkilsin çatma qaşın,Qəlbimin nəşəsindənXumarlansın baxışın –bihuş kimi.Arzu dolu nəğməmizÇırpınsın bir quş kimiNilin o sahilində,Nilin bu sahilində,Ləpələr öz dilində,Yarpaqlar öz dilindəQoy desin: amin, amin...

Ürəyin yuxalaydı,Qısalaydı yollarım.Hicranım yox olaydıBu uzun gecələrimDönəydi bir gündüzəBelə, sözün qısasıGəlin gələydin bizə.Ay qohumlar, qonşular,Siz deyin: amin, amin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri