İlahi, varımdan yox oldum bu gün,Mən öz yumruğumdan yıxıldım bu gün.Elə bil dağ uçdu başıma birdən,Bir uşaq dayandı qarşımda birdən.Əl açdı, «rəhm edin», qaçqınıq, – dedi.Bir az aralıda dayanan qadınUşağın sözünü təsdiq elədi:«Qaçqınıq, – dedi»Uşaq da ananı təsdiq elədi:«Qaçqınıq, – dedi».İlahi, ilahi, yurd dağılarsa,Qayalar, dağlar da sökülüb gələr.Çaylar, bulaqlar da tökülüb gələrDərə aşağı...Şirlər balasını öyrətməz belə,Qurdlar balasını öyrətməz belə,Quzğunlar, qartallar öyrətməz belə,İlanlar - çayanlar öyrətməz belə,«Kişiyəm» – deyənlər öyrətməz belə,Bu da azadlıqdır, bəlkə, ilahi,Dilənçi yetirir ölkə, ilahi!

Vuruşa bilərmi dilənçi sabah?Kimə arxalana bu ölkə sabah...Bir sürü canavar yığaq bəlkə biz,Göndərək bizimçün vuruşa bəlkə,Bir mərmi yükləyək hər quşa bəlkə,Göndərək bizimçün vuruşa bəlkə...Daşlara süd verən yurdum hardasan?«Vətənim!» – hayqıran ordum, hardasan!İlahi, kardımı, kordumu dünya!Bu ağ həqiqəti görmürmü dünya?!

May, 1992

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq