Bu yanım göy meşədir,O yanım Qara dəniz.Həsrətimə su səpməz,Ha yanım, Qara dəniz...

Səhərlər şəvə aynam,Gündüzlər həkim anam.Gecələr nəğməm, laylam,Hayanım Qara dəniz.Nərildəyib nər kimiOyatsan da hər kimi,Pıçılda Xəzər kimi,Oyanım, Qara dəniz...

Qaqra, sentyabr, 1965

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar