Qızımın sualları
1. Buluda minmək olar?
– Təyyarəyə minir adam,Uçur, gəzir, enir adam,Buludun da qanadı var?Buluda da minmək olar?
– Əlbəttə ki, minmək olar.Amma, qızım, deyil asan,Bunun üçün gərək çoxlu,Çoxlu kitab oxuyasan...
2. Böyük olsam
– Böyük olsam mənNeylərəm bilsən?– Neylərsən, balam?– Hər şeyi satıbOyuncaq allam!
3. Necə
Dünən kinoda gördüm:Dəniz, gəmi, balina...Bu gün isə gəlmişəmLap dənizin yanına.Nə böyükdür gəmilər,Sudur baxırsan hara.Bunlar necə yerləşirKiçik televizora?
4. Quzum
Mənim balaca quzum,Qarnı alaca quzum.Gəl, sənə yonca verim...Su da, doyunca verim.Böyü, səni otarım,Dağa-daşa aparım.Bircə şərtim var, ammaÇiçəkləri tapdama...
5. Niyə belə elədim?
Kuklamı sındırmışam,Paltarını cırmışam.Deyirəm ki, ay ata,Təzə kukla al mənə.Deyir: Daha şəhərdəKukla tapılmır sənə.Deyəsən, bir-birinəXəbər də yayıb onlar,Daha bizə gəlmirlər,Səni tanıyıb onlar...
6. Təmiz balalar...
Qızım İradəSoruşur hərdən,Atacan, niyəBalacayam mən?İstərəm səninÇiyninə çatam,Niyə sən məndənBöyüksən, ata?
Deyirəm: Qızım,Ay mənim quzum,Mən də sənintəkBalaca idim.
Anam nə zamanYe, dedi – yedim,Yat, dedi – yatdım.Heç bilmədim ki,Haçan boy atdım.
Səhər yuxudanDurdum vaxtında.Əl-üzümü dəYudum vaxtında.
Tərtəmiz olduDişim, dırnağım,Tərtəmiz oldu,Saçım, darağım.
Təmiz ol, – dedi –Su da hər səhər –Təmiz balalarTez böyüyürlər.
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-qizimin-suallari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən məni sevsəydin nolardı görən?Görən olardımı bir dərdim onda?
Axı demişdik ki...Yenə həmdəmimdir qələm-dəftərim,Bir küncdə közərən tənha ocağım.
GözlərinAdın – demədinmi – dodaqlarımda,Özün – demədinmi – gözlərimdəsən...
TəəssüfBu görüş nə acı qismətmiş bizə,Elə bil bir kədər gölünə düşdük.