Şair vüqarı
Vüqarla yaşamış söz babaları,Onu yaşatmasın, şerimiz niyə?Əyilməz doğulan şair vüqarıYalnız baş əyibdir əyilməzliyə.
Çox şair yaşamış ağ gün möhtacıDüşməni əyilməz bu vüqar olmuş.Fatehlər qılıncı, padşahlar tacıBir lüt şairə də qibtəkar olmuş.
Dünən əl çalındı bir sənətkara,Bir kürsü qulunun rəngi dəyişdi.Elə bil səhnədə çox sıralaraMatəm buludundan su çiləmişdin...
Şairin gözləri oyulanda daKirpiyi qısmamış öz qürurunu.Təpədən dırnağa soyulanda daVüqarı qoymamış «uf» deyə onu.
Sənətkar vüqarı deyildir ancaqBoğazdan asılan hər quru əda.Özüylə yanaşı dəfn olunacaqOnu bəziləri satın alsa da.
Çox adlar itirib söz meydanları,İzini-tozunu xəyal da bilmir.Şöhrət azarına tutulanlarıŞöhrətin özü də sağalda bilmir.
Qələmim, özünü çəkmə kölgəyə,Sən də cavabdehsən bu səhvlər üçün:Biri unudulur yaxşıdır deyə,Biri təriflənir arxivlər üçün!
Alqışla ucalır sənətkar, sənət,Ucaldan alqış da sərvət kimidir.Oxucu imzası olmayan şöhrətOğurluq alınmış sənəd kimidir.
Hər sənət oğluna alqışlar deyin,Tərif də şairin qanadlarıdır.Şairlər vətənin ən çox ərköyün,Ən çox da döyülən övladlarıdır.
İstəsən şairi əyəsən, onunÖmrünün nə yazı, nə qışını al.İstəsən şairi əyəsən, onunƏlindən xalqının alqışını al...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-sair-vuqari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu ilğımdı – üzü gülər,Boş vədələr yordu məni.
GetdilərMərdi yıxılmağa qoymadı mərdlər,Hayına, sayına yaraq getdilər.
«Özünə bax!» deyirsənÖzümə necə baxım, söylə, atam balası?Hər gün xeyrə açılmır dünyamızın bal ağzı.
Daş harayıVaqif Bəhmənliyə*«Xudafərin su altında qalacaq» – dedin:
Başqa şairlərin şeirləri
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Gəraylı: Şükür olsun ol XudayaŞükür olsun ol Xudaya,Yenicə yazlar gələyir,
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım